Kapital
Bank-ın nümayəndə heyəti Gəncə şəhərində yerləşən üç ali təhsil müəssisəsində –
Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan
Dövlət Aqrar Universitetində elmi-pedaqoji heyət və tələbələr üçün kibertəhlükəsizlik
mövzusunda maarifləndirici təlimlər keçirib. Tədbirlər “Dayan, Düşün, Dəqiqləşdir”
kampaniyası çərçivəsində baş tutub.
Təlimlərdə
Kapital Bank-ın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud
halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib
Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun
növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik
mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər.
Bank
nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların
emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir
sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə
aldadılması qeyd edilib. Həmçinin, vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə
istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd
ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa
imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə
özünü dələduzlardan qoruya bilər. Hər üç təlimin yekununda iştirakçılarla
interaktiv sual-cavab sessiyası keçirilib, auditoriyanın gündəlik həyatda
rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri
tərəfindən ətraflı cavablandırılıb.
Xatırladaq
ki, Kapital Bank tərəfindən həyata keçirilən “Dayan, Düşün, Dəqiqləşdir”
kampaniyası çərçivəsində ölkə üzrə maarifləndirici təşəbbüslər həyata keçirilir.
Bank təlimlərlə yanaşı, kütləvi informasiya vasitələrində kibertəhlükəsizliklə
bağlı press-relizlər, sosial şəbəkələrdə videoçarxlar və posterlər paylaşaraq,
vətəndaşların məlumatlılığının artırılmasına dəstək olur.
Qeyd
edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə
yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını
qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca
vacibdir. Kartın üzərindəki 16 rəqəmli
PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmaq olmaz
ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən
zəng edə bilməz. Kapital Bank adından zəng
edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun
üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb
edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində
bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı
olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə
bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks
halda zəngi dərhal sonlandırmaq lazımdır.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.