Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.
Manset.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir”, - məlumatda qeyd edilib.