Direktorların işə qəbulu zamanı hansı namizədlərə üstünlük veriləcək?

21:24 - 21 Noyabr 2025

Direktorların işə qəbulu zamanı hansı namizədlərə üstünlük veriləcək?

"Şagird sayı 500-ə qədər olan ümumitəhsil müəssisələrində direktorların işə qəbul prosesində əsas prinsip həmin məktəbdə çalışan kadrlara üstünlük verilməsidir".


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli deyib.

        "İlk mərhələdə müəssisənin özündə çalışan direktor müavinləri və müəllimlər arasından seçim aparılacaq. Namizədlərdən ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 70% və daha yuxarı olması tələb olunur", - Nurlan İsmayılbəyli bildirib.


        Digər xəbərlər

        Xəbər xətti

        Bütün xəbər xətti
        yenielan.az
        yenielan.az