Faciəvi şəkildə ölən Emil hərbi xidmətdən yeni gəlibmiş - FOTO 

09:00 - 22 Noyabr 2025

Faciəvi şəkildə ölən Emil hərbi xidmətdən yeni gəlibmiş - FOTO 

Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.


Manset.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, ölənlərdən biri - Emil Quliyev Hacıqabul rayonunun Axtaçı-Şirvan kəndindəndir.

Bir müddət öncə hərbi xidmətini başa vuran Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib, Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel" restoranına ofisiant kimi işə düzəlibmiş.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az