Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.
***
10:48
Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı) vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.
Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Arif Əliyev 1972-ci il sentyabrın 6-da Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub.