Ramiz Mehdiyevin vəziyyəti pisləşdi - Təcili yardım çağırıldı

17:05 - 22 Noyabr 2025

Ramiz Mehdiyevin vəziyyəti pisləşdi - Təcili yardım çağırıldı

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdən xəbər var.


Manset.az Gununsesi.info-ya istinadla xəbər verir ki, ötən gecə sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

Amma dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

Bildirilir ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, Ramiz Mehdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Mehdiyev dövlət çevrilişinə cəhddə ittiham olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az