Könül Vəlibəyli dəfn edildi - VİDEO

17:22 - 22 Noyabr 2025

Könül Vəlibəyli dəfn edildi - VİDEO

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib.


Manset.az xəbər verir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib.

“Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü. İyirmi beş yaşlı qızı hələ də ağır olaraq reanimasiyada həyat uğruna mübarizə aparır. Allahın rəhmi gəlsin”, - o qeyd edib.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 7 nəfərin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az