Bakının Yasamal rayonunda yanğından sonra bina sakinləri təhlükəsizlik məqsədilə içəri buraxılmır. Sakinlər qohum-qardaş evində gecələməli olurlar. Yanğından sonra yaşayış infrastrukturunun yarasız hala düşməsi səbəbindən sakinlər də mənzillərini məcburiyyət qarşısında qalaraq tərk edirlər.
97 mənzilin olduğu 17 mərtəbəli binanın sakinləri iddia edirlər ki, hadisədən 3 gün ötməsinə baxmayaraq binada hələ də təmizlik işləri aparılmayıb.
Manset.az xezerxeber.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının sakinlərinin bir qisminə mənzillərdən zəruri əşyaları götürmələrinə icazə verilir. Bundan sonra mənzilləri müvəqqəti tərk edirlər.
İşıq, su, elektrik xətləri sıradan çıxıb. 17 mərtəbəli 97 mənzilli binanın sakinləri deyirlər ki, nəinki mənzillər, hətta dəhlizlər belə his-pas içərisindədir.
Yusif Həsənov adlı sakin isə iddia edir ki, hadisə baş verməmişdən bir həftə əvvəl binanın şaxtasını təmizləmək istəyib, lakin zirzəmidəki restoran rəhbərliyi ona bu şəriti yaratmayıb.
Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Yasamal Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, bina yerli icra hakimiyyətinin balansında deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.