Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu haqda Manset.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
***
Salyan şəhərinin bir hissəsində sabah qaz təchizatı dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, məqsəd Salyan şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsidir.
Bu səbəbdən noyabrın 25-i saat 09:30 radələrindən etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumi 3981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.