Ölkənin
birinci bankı Kapital Bank gənclərin karyera və şəxsi inkişafına dəstək
missiyasını davam etdirir. Məlum olduğu kimi bank ali məktəblərdə “Kapital Bank”
otaqlarını tələbələrin istifadəsinə verməklə onların təhsilinə və fərdi
inkişafına dəstək olmağa çalışır. Belə
ki, bu otaqlarda maliyyə istiqamətində fərqli seminarlar, təlimlər və
masterklasslar keçirilir.
Növbəti
belə bir təlim Bakı Mühəndislik
Universitetində baş tutub. Təlimdə
“İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi”
ixtisası üzrə təhsil alan 60-dan çox 3 və 4-cü qrup tələbələri iştirak ediblər.
Təlimin
spikeri Kapital Bank-ın Proqram mühəndisliyi ekspert mərkəzinin Funksional
lideri Valeh Əsədov tələbələrlə “Mobil
bankçılıq” və “Mobil bankçılıq tərtibatının
bank sektorundakı rolu” mövzularında təcrübələrini bölüşüb. O, maliyyə
sektorunda rəqəmsal inkişafın aktuallığını vurğulayaraq, gənc mütəxəssislərin
bu sahədə potensial perspektivlərindən danışıb. Seminar interaktiv sual-cavab
sessiyası ilə davam edib və tələbələr onları maraqlandıran mövzularda ekspert rəyi
əldə ediblər.
Qeyd
edək ki, ölkədə təhsilin inkişafına töhfə vermək və gənclərə dəstək məqsədi ilə
Kapital Bank daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan
Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində
müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarını istifadəyə
verib.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul
krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.