Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab

17:15 - 28 Noyabr 2025

Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab

"Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar yoxdur".


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bununla bağlı hər hansı qərar mövcud deyil.

Nazirin sözlərinə görə, Azərbaycandakı mövcud qaydalara əsasən, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ali təhsil müəssisələri kimi fəaliyyətlərini davam etdirirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az