Rusiyanın ən zəngin insanlarının sərvəti bu ilin əvvəlindən 18,1 milyard dollar artıb.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Rusiyanın enerji şirkəti "Lukoyl"un təsisçisi, Azərbaycan əsilli Vahid Ələkbərovun sərvəti isə bu ilin əvvəlindən bəri 2,58 milyard azalaraq 22,7 milyard dollara enib.
Eyni zamanda, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanov bu ilin əvvəlindən 5,32 milyard dollar qazanaraq sərvətini 18,5 milyard dollara, Telegram-ın həmtəsisçisi Pavel Durov isə 2,44 milyard dollar qazanaraq sərvətini 13,4 milyard dollara çatdırıb.
Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank" ASC-nin əsas sahibidir.