Qurban Qurbanov “Qarabağ”la 800-cü oyununu keçirdi

11:13 - 01 Dekabr 2025

Qurban Qurbanov “Qarabağ”la 800-cü oyununu keçirdi

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.


Manset.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Onun yubiley matçı Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.

“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.

Qeyd edək ki, Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az