İndoneziyanın Sumatra adasında güclü yağışlardan sonra baş verən sel və sürüşmələr nəticəsində həyatını itirənlərin sayı 442 nəfərə yüksəlib.
Manset.az xəbər verir ki, ölkədə son vaxtlar çoxsaylı insan tələfatına səbəb olan əlverişsiz hava şəraiti davam edir.
İndoneziya Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəsmi internet səhifəsində yerləşdirilən məlumata əsasən, sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 442 nəfərə çatıb.
İtkin düşmüş 400-dən çox şəxsin axtarış-xilasetmə işləri davam etdirilir, yaralıların sayı isə 646 nəfərə yüksəlib.
Rəsmi qurumlar bir çox yolun bağlandığını, telekommunikasiya infrastrukturunun zədələndiyini və quru yolla çatmağın mümkün olmadığı yaşayış məntəqələrinə helikopterlərlə humanitar yardım çatdırıldığını bildiriblər.