İki məşhur şəxs illər sonra barışdı - FOTO

10:51 - 01 Dekabr 2025

İki məşhur şəxs illər sonra barışdı - FOTO

Altı il əvvəl mübahisə edib bir-birindən incik olan Demet Akalın ilə Berkay Şahin barışıb. Hava limanında baş verən görüşdə duyğusal anlar yaşanıb.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, bir neçə il əvvəl baş verən hədiyyə qalmaqalı səbəbindən araları açılan Demet AkalınBerkay Şahin barışıb. Menecer Özgür Aras məşhur müğənniləri hava limanında bir araya gətirib.

İkilinin görüşündə duyğusal anlar yaşanıb. Göz yaşlarına boğulan Akalın ilə Şahin bir-birinə sarıldıqda çəkilmiş görüntüləri də Özgür Aras sosial mediada paylaşıb.

Demet Akalın sevinclə, "Nə gözəl bir şənbə. Çox darıxmışdım, çox. Özgürüm yenə Umrədən dönüb savaba girdi" - sözləri ilə hisslərini ifadə edib.

Özgür Aras isə belə açıqlama verib: "Üç gündən artıq kiməsə küskün qalmaq istəmirəm. Heç kimin belə qalmasını da istəmirəm. Küskünləri barışdırmaq lazımdır. Ölümün olduğu bir dünyada küsüb, darılmağa vaxtım yoxdur. Mənim dərdim sevmək və sevilməkdir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az