Mobil telefon bomba kimi partladı - SƏBƏB

10:19 - 01 Dekabr 2025

Mobil telefon bomba kimi partladı - SƏBƏB

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda şarjda saxlanılan mobil telefonun adapteri böyük bir səs-küylə partlayıb.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Adıyamanın Gölbaşı rayonundakı Yenişehir Zəlzələ Mənzillərində baş verib.

Bir vətəndaşın elektrik yuvasında saxladığı mobil telefonun adapteri yüksək səs ilə partlayıb. Hadisə barədə məlumat verildikdən sonra yerli jandarma, yanğınsöndürən, Fövqəladə Hallar Nazirliyi, təbii qaz və elektrik arıza xidmətləri dərhal hadisə yerinə göndərilib. Hadisə yerinə gələn aidiyyəti orqanlar təhlükəsizlik tədbirləri alaraq, ərazidə araşdırmalara başlayıblar.

Partlayış nəticəsində heç kim yaralanmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az