Əli Kərimliyə ittiham irəli sürüldü

11:28 - 01 Dekabr 2025

Əli Kərimliyə ittiham irəli sürüldü

AXCP sədri Əli Kərimliyə ittiham elan olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

    Onların evində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az