Qəzaya uğrayan AZAL təyyarəsinin içindən YENİ GÖRÜNTÜLƏR

12:02 - 03 Dekabr 2025

 Qəzaya uğrayan AZAL təyyarəsinin içindən YENİ GÖRÜNTÜLƏR

Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin içindən yeni görüntülər yayılıb.


Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntüləri paylaşan şəxs bildirib ki, kadrlar qəzadan əvvəl atası tərəfindən çəkilib. O, həmin telefonu dünən götürdüyünü deyib.

Görüntülərdə sərnişinlərin yerlərinə əyləşdiyi, həmçinin Milli Qəhrəman Hökümə Əliyevanın onları salamlaması və lazımi təlimatları verməsi öz əksini tapıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Həmin kadrları təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az