ADU-da BƏƏ qadınlarının cəmiyyətdəki rolu haqqında seminar keçirildi - Fotolar

17:15 - 08 Dekabr 2025

 ADU-da BƏƏ qadınlarının cəmiyyətdəki rolu haqqında seminar keçirildi - Fotolar

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Şeyx Zayed adına Ərəb dili Auditoriyasında “BƏƏ Qadınlarının Cəmiyyətdəki Mövqeyinin Möhkəmləndirilməsi” mövzusunda elmi seminar təşkil olunub. Tədbir Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub.


Manset.az xəbər verir ki, seminarda BƏƏ-nin Azərbaycandakı səfirliyinin birinci katibi Bədriyyə Abdullah Muhammad Əş-Şıhhi, eləcə də ölkəmizin müxtəlif ali təhsil müəssisələrini və fəaliyyət sahələrini təmsil edən tanınmış azərbaycanlı ziyalı qadınlar iştirak ediblər.

Tədbiri Şeyx Zayed adına Ərəb dili Auditoriyasının direktoru Ülviyyə Hüseynova açaraq seminarın məqsədi və proqramı barədə məlumat verib. Daha sonra çıxış üçün söz qonaq qismində iştirak edən Bədriyyə Əş-Şıhhi xanıma verilib. Diplomat öz çıxışında BƏƏ-də qadınların cəmiyyətdəki rolu, dövlət siyasətində qadınların gücləndirilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə geniş məlumat təqdim edib.

Seminar çərçivəsində ADU-nun Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Bakı Avrasiya Universitetinin xarici əlaqələr üzrə prorektoru Sevda Rzayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin Qadınlar Şurasının sədri, BMT-nin sülhməramlı səfiri Kifayət Xudaverdiyeva məruzəçi qismində çıxış ediblər. Çıxışlarda qadınların elm, təhsil, ictimai həyat və idarəetmədə rolu, gender bərabərliyi və sosial imkanların genişlənməsi mövzularına toxunulub.

Seminar diskussiya paneli və sual-cavab sessiyası ilə davam edib. Tədbirin bədii hissəsində tələbələr poeziya və təqdimatlarla çıxış ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az