Əhaliyə bayram günləri ilə bağlı XƏBƏRDARLIQ 

09:59 - 27 Dekabr 2025

Əhaliyə bayram günləri ilə bağlı XƏBƏRDARLIQ 

Dekabrın 8-dən bəri Günəşdə müşahidə olunan ən güclü alışma qeydə alınıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama yayıb.

Bildirilib ki, səhər saatlarında Günəşin şərq kənarında M5.1 səviyyəli əsas alışma baş verib. Alışmanın gücü maksimal X sinfinin təxminən yarısına bərabər olub. Pik radiasiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb.

Alimlərin fikrincə, Günəş aktivliyinin əsas zirvəsi Yeni il bayramları dövrünə təsadüf edə bilər. Lakin hazırkı mərhələdə maqnit qasırğalarının və parlaq qütb işıqlarının yaranma ehtimalı aşağı qiymətləndirilir. Buna səbəb aktiv Günəş bölgələrinin Yer-Günəş xəttindən xeyli kənarda yerləşməsidir.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə əsasən A, B, C, M və X olmaqla beş sinfə bölünür. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovat radiasiya gücünə uyğun gəlir. Hər növbəti kateqoriyaya keçid zamanı bu göstərici 10 dəfə artır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az