13 nəfərin 17 min pulunu ələ keçirən SMM saxlanıldı

12:45 - 08 Yanvar 2026

13 nəfərin 17 min pulunu ələ keçirən SMM saxlanıldı

Dələduzluq edən sosial media meneceri (SMM) polis tərəfindən saxlanılıb.


Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər RPİ tərəfindən saxlanılıb.

O, həmin məkanların sosial şəbəkələrdə reklamlarını təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 16 379 manat pul vəsaitini ələ keçirib. Daha sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək onlarla əlaqəni kəsib.

Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az