Hər zaman sosial təşəbbüsləri ilə seçilən Qırmızı Ürəklər Fondu növbəti dəfə “Onlar bizə əmanətdir” aksiyasını həyata keçirib.
Aksiya
çərçivəsində 16 yaşınadək olan 1800 şəhid övladına bayram hədiyyələri təqdim
edilib. Təşəbbüsün məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərimizin bizə əmanət olan övladlarına mənəvi dəstək olmaq, onlara hər
zaman cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss etdirməkdir.
Paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da
əhatə edən aksiyanın icrasında Qırmızı Ürəklər Fondunun könüllüləri fəal
iştirak edib. Hədiyyə təqdim ediləcək uşaqların müəyyən olunmasına yerli icra
hakimiyyəti orqanları dəstək olub. Hədiyyələrin çatdırılmasını isə “Azərpoçt”
üzərinə götürüb.
Qeyd edək ki, aksiya Kapital Bank, PMD Group, PashaPay,
PASHA Investments və PASHA Technology kimi nüfuzlu tərəfdaşların dəstəyi ilə
həyata keçirilir.
Uşaqların sevinc dolu anlarını izləmək üçün: https://www.b-b.az/dy5LUS
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital
Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə
başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik
mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji
tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas
və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.