Bakı-Tehran-Bakı reysi ləğv edilib

15:33 - 09 Yanvar 2026

Bakı-Tehran-Bakı reysi ləğv edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.


Manset.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq.

"AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]", - deyə aviaşirkət bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az