Bakının bu rayonlarında söküntü aparılacaq- VİDEO

10:58 - 16 Yanvar 2026

Bakının bu rayonlarında söküntü aparılacaq- VİDEO

Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır. Artıq bəzi ünvanlar da bəllidir.


Manset.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı məlumat verib.

O deyib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205, 2-ci mədən küçəsi, Sabunçu rayonunda Səməd bəy Mehmandarov, Suraxanı rayonunda Səttar Bəhlulzadə və Vladimir Balandin küçələrində binalar söküləcək.

Söküntüsü nəzərdə tutulan ərazilərə 18 zonanın daxil olduğu deyilir. Bundan başqa, qəzalı binalarla bağlı da böyük layihə baş tutacaq.

O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az