Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, mərasimdə Ş.Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Xatırladaq ki, o, dekabrın 29-da İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən sonra vəfat edib.