Yevlaxdakı insidentin şok təfərrüatı - İt döyüşünə görə güllələyib

17:30 - 16 Yanvar 2026

Yevlaxdakı insidentin şok təfərrüatı - İt döyüşünə görə güllələyib

Bu gün Yevlaxın İsmayılabad kəndində baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov tanışı Qoşqar Novruzovu “Vinçester” markalı silahdan atəş açaraq yaralayıb.

Belə ki, 39 yaşlı Zaur Səmədov İsmayılabad kəndi ərazisinə it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin 46 yaşlı sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Zaur Səmədov polis tərəfindən saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az