Son günlər sosial şəbəkələrdə ekstremist məzmunlu materiallar niyə yayılır? 

11:07 - 19 Yanvar 2026

Son günlər sosial şəbəkələrdə ekstremist məzmunlu materiallar niyə yayılır? 

Son günlər sosial şəbəkələrdə ekstremist məzmunlu materialların yayılması hallarının artması müşahidə edilir. Ayrı-ayrı şəxslər hərəkətlərin cinayət olduğunu anlamadan dini fanatik hisslərə qapılaraq sosial şəbəkə hesablarında terror hadisələri və zorakılıq səhnələri paylaşırlar. 


Manset.az-ın əldə etdiyi məlumata görə, bəzi istifadəçilər paylaşılan zorakılıq səhnələri ilə bərabər bu məzmunda posterlər də paylaşmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3 (Dini ekstremist materialları hazırlama, saxlama, yayma va ya bu əməlləri maliyyələşdirmə) maddəsində nəzərdə tutulan hərəkətləri edirlər.

Bununla yanaşı, digər dinlərə, təriqətlərə, həmin inancın adət-ənənələrinə, geyiminə, həyat tərzinə və ictimai xadimlərinə qarşı dözümsüzlük nümayiş etdirərək təhqiramiz fikirlər səsləndirirlər. Qeyd olunan hərəkətlər cəmiyyətdə kifayət qədər narahatlıq doğurmaqla, tolerantlıq mühitinə ciddi zərbə vurur və belə əməllər AR CM-in 283 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddəsinin sanksiyası altına düşür.

Qeyd olunan hallar dini və dünyəvi bilikləri o qədər də yüksək olmayan, xüsusən, yeniyetmə və gənclər arasında daha çox müşahidə edilir.

Ölkəmizdə tarixən formalaşmış dinlərin və xalqların birgəyaşayış ənənəsini bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər qəbuledilməzdir. Dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, heç kəs bu motivlərlə qısnamaya məruz qala bilməz və belə ekstremist hərəkətlərə çağırış etmək məsuliyyətə səbəb olur.

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az