Tanınmış reper Elşad Xose azadlığa buraxılıb.
Manset.az News24.az-a istinadən xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.
Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.
Repçi qərardan apellyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apellyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.