“Qaçmaq nədir? Əməkdaşlıq etmişdik” - Nəsimi Nəbizadə

21:01 - 19 Yanvar 2026

“Qaçmaq nədir? Əməkdaşlıq etmişdik” - Nəsimi Nəbizadə

Tanınmış keçmiş teleaparıcı Nəsimi Nəbizadə bir müddət öncə tərk etdiyi “Qurtuluş” reabilitasiya mərkəzinin barəsində başlanmış cinayət işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Manset.az xəbər verir ki, Oxu.Az-a açıqlama verən jurnalist qeyd edib ki, məsələdən məlumatlıdır:

“Bu barədə xəbərim var. Eşitmişəm ki, Sumqayıt Şəhər Prokurorluğu mərkəzdə araşdırma aparıb. Həmin vaxt mən orda olmamışam. Eşitmişəm ki, faktla üzrə cinayət işi başlanılıb. Amma mənim həmin mərkəzlə artıq əlaqəm yoxdur, ona görə də işin nə yerdə olmasından məlumatsızam”.

N.Nəbizadə reabilitasiya mərkəzindən qaçması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Qaçmaq nədir? Məni ora həm də əməkdaşlıq adı ilə dəvət etmişdilər, bu təklifi qəbul etmişdim. 4 ay orada qaldım, gördüm ki, işlə bağlı layihə reallaşmır. Ona görə də mərkəzdən ayrıldım.

Hazırda yeni iş təklifi almışam, onu dəyərləndirirəm. Yaxın vaxtlarda yəqin ki, yeni işimlə bağlı açıqlama verəcəyəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az