Güclü qar evin talvarını çökdürdü: 2 maşın altında qaldı - VİDEO

11:41 - 20 Yanvar 2026

Güclü qar evin talvarını çökdürdü: 2 maşın altında qaldı - VİDEO

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.


Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və "Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az