Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Sulu qar, qar yağır.
Yağan qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24, Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13, İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər, Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və Naftalanda 1 sm-dir.
Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1 mm-dir.
Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 2, Naxçıvan MR-da 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşəcəyi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.