Güclü qar cənubda fəsadlar törətdi: “Azərişıq” fasiləsiz işləyir - VİDEO

20:12 - 21 Yanvar 2026

Güclü qar cənubda fəsadlar törətdi: “Azərişıq” fasiləsiz işləyir - VİDEO

“Azərişıq” ASC Azərbaycanın cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir.


Manset.az xəbər verir ki, bu barədə  “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində yağan aramsız qar cənub regionunda - Masallı, Cəlilabad, Lerik, Yardımlı və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub:

“Bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraq xətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də “Azərişıq” əməkdaşlarına əlavə problem yaradır”.

Qeyd edilib ki, şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır:

“Artıq əksər kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az