Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

23:16 - 21 Yanvar 2026

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

“Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb”.


Manset.az xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az