Bakıda qəza zamanı 19 yaşlı gənc həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza hadisəsi ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.