Yanvarın 23-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
Manset.az xəbər verir ki, RETSİ-dən verilən məlumata görə, "Düylün" 35/10 kV-luq yarımstansiyadan çıxan "Aza" 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.