Qoz, yumurta, yağlı balıq, giləmeyvələr və tünd şokolad beynin neyronlarının qidalanmasını və mikrosirkulyasiyanı yaxşılaşdırır.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, fındıq da beyin üçün faydalıdır. Çünki onların tərkibində omeqa-3 yağ turşuları, maqnezium və antioksidantlar var. Xüsusilə qoz beyin sağlamlığı üçün daha faydalı hesab olunur.
Bundan əlavə, Cənubi Dakota Universitetinin alimləri müəyyən ediblər ki, lif və bir sıra mikroelementlərlə zəngin qidalanma 65 yaşdan yuxarı insanlarda beynin daha sağlam yaşlanması ilə əlaqəlidir. Tədqiqatçılar bu nəticəyə yaşlı iştirakçıların qidalanma vərdişləri və idrak göstəricilərinin təhlili əsasında gəliblər.