2022-ci ildə fəaliyyətə başlayan TİMP MMC qısa müddət ərzində audit, vergi və mühasibat uçotu sahəsində peşəkar yanaşması, beynəlxalq standartlara əsaslanan xidmət modeli və etibarlı tərəfdaşlıq prinsipləri ilə yerli biznes mühitində seçilən şirkətlərdən birinə çevrilib.
Şirkət 2025-ci ildə dünyanın 60-dan çox ölkəsində üzvləri olan “TGS Global” beynəlxalq biznes şəbəkəsinin Azərbaycandakı yeganə müstəqil üzvü olduqdan sonra fəaliyyətini TGS AZERBAİJAN TİMP MMC adı altında davam etdirməyə başlayıb.

Qlobal
miqyasda geniş təmsilçiliyə malik şəbəkənin üzvü olmaq TGS AZERBAİJAN TİMP MMC-yə beynəlxalq səviyyədə
sınaqdan keçirilmiş metodologiyaları, müxtəlif sahələr üzrə qabaqcıl təcrübələri
və müasir yanaşmaları Azərbaycan bazarına inteqrasiya etmək imkanı yaradıb ki,
bu da şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətinə və etibarlılığına birbaşa
təsir göstərir. Eyni zamanda, şirkət Azərbaycan Respublikasında audit fəaliyyətini
tənzimləyən və nəzarət edən əsas dövlət qurumu olan Auditorlar Palatası tərəfindən
24 oktyabr 2025-ci il tarixində verilmiş AT/252 qeydiyyat nömrəli icazə əsasında
audit fəaliyyəti göstərmək səlahiyyətinə malikdir.
TGS AZERBAİJAN TİMP MMC audit, vergi və mühasibat uçotu sahələrində göstərdiyi xidmətlər vasitəsilə tərəfdaşlarının maliyyə hesabatlılığının şəffaflığını, düzgünlüyünü və beynəlxalq tələblərə uyğunluğunu təmin etməyi əsas prioritet kimi müəyyən edib. Şirkətin yerli bazarda fərqləndirici cəhətlərindən biri təqdim edilən audit xidmətlərinin yalnız uyğunluq yoxlaması ilə məhdudlaşmaması, eyni zamanda verilən audit rəylərinin beynəlxalq səviyyədə tanınması və xarici ölkələrdə rəsmi etibarlılığa malik olmasıdır ki, bu da xüsusilə beynəlxalq tərəfdaşlarla çalışan və ya xarici investisiya cəlb etməyi hədəfləyən şirkətlər üçün mühüm üstünlük hesab olunur.

Şirkət
tərəfindən təqdim olunan xidmətlər:
·
Maliyyə
hesabatlarının ISA (Beynəlxalq Audit Standartları) əsasında auditinin
aparılması və nəticəyə əsasən rəyin verilməsi
·
Maliyyə
hesabatlarının IFRS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) əsasında
hazırlanması
·
Yerli
qanunvericiliyə və beynəlxalq standartlara əsasən mühasibatlıq xidmətlərinin
göstərilməsi
· Çoxillik vergi yoxlamalarının aparılması, kənarlaşmaların müəyyən edilməsi və düzgün vergi balansının tərtib edilməsi
TGS
AZERBAİJAN TİMP MMC peşəkar yanaşması və beynəlxalq təcrübəyə əsaslanan xidmətləri
ilə şirkətlərin maliyyə proseslərinin daha səmərəli və şəffaf şəkildə
qurulmasına dəstək göstərir. Şirkətin fəaliyyəti və əməkdaşlıq imkanları barədə
ətraflı məlumatı təqdim olunan əlaqə vasitələri ilə əldə etmək mümkündür.
Əlaqə: (+994 10) 225 33 58
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,
Hüseynbala Əliyev 32/24, Bina 2