Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

13:29 - 23 Yanvar 2026

Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az