Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

17:25 - 23 Yanvar 2026

Keçmiş aparat rəhbəri Şəmkirdə şadlıq sarayı aldı

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.


Manset.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, rayonda fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

Məlumat üçün deyək ki, "Murovdağ" şadlıq sarayı vergi qeydiyyatına "Adore Business" MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur.

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən "Yamin" şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az