Ermənistanda güclü qar və çovğun səbəbindən İranla sərhədə aparan əsas magistrallarda hərəkət tam dayandırılıb.
Manset.az Müsavat.com-a istinadən xəbər verir ki, Yol Departamentinin məlumatına əsasən, sərhədə gedən Noravan–Şinuayr–Tatev və Noravan–Ltsen–Tatev istiqamətlərində nəqliyyatın hərəkəti hər iki hissədə bloklanıb.
Bundan başqa, Ttucur–Navur avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Bir sıra digər yollarda keçid xeyli çətinləşib, bir çox sahələrdə güclü buzlanma müşahidə olunur. Sinoptiklərin məlumatına görə, qar yağışının gün ərzində paytaxt İrəvanda da davam edəcəyi gözlənilir.
Zəngəzur bölgəsində mövcud hava şəraiti yolları faktiki olaraq iflic edib. Şinuayr və Tatev kəndləri arasındakı yolayrıcında uzun tıxac yaranıb, nəqliyyat vasitələri hərəkətsiz qalıb.