Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Təbiət hadisəsinin qısamüddətli təşvişə səbəb olduğu bildirilir.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:13-də qeydə alınıb. Zəlzələ ocağı 7.82 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Zəlzələ ətraf rayonlarda da hiss edilib.