Azərbaycanda kredit faizləri artır - VİDEO

23:00 - 25 Yanvar 2026

Azərbaycanda kredit faizləri artır - VİDEO

Banklarda kredit faizlərində artım müşahidə olunur.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit fazilərində müşahidə olunan artıma səbəb Mərkəzi Bankın apardığı sərt pul siyasətidir. Belə ki, banklar əhalidən pul cəlb etmək üçün əmanət faizlərini qaldırır. Bu da bank üçün pulun maya dəyərinin artması deməkdir. Bank isə baha aldığı vəsaiti daha baha satdığından kredit faziləri artır.

Xalid Kərimli bildirib ki, Mərkəzi Bank hələ də inflyasiya risklərini tam keçmiş hesab etmədiyi üçün faizləri aşağı salmağa tələsmir. Belə olan halda isə  faizlərin enməsi gözlənilən deyil.

İqtisadçının fikrincə, 3 il əvvəl başlayan sərtləşdirmə tədbirlərinin real nəticələri indi tam hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata gecikmə ilə təsir etdiyini sübut edir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az