Qətərin dövlət enerji şirkəti QatarEnergy İtaliya, Belçika, Cənubi Koreya və Çinlə bağladığı uzunmüddətli LNG (maye təbii qaz) tədarük müqavilələri üzrə fors-major vəziyyət elan edib.
Manset.az xəbər verir ki, bu qərarın əsas səbəbi İranın zərbələri nəticəsində ölkənin enerji infrastrukturuna dəyən ciddi zərər kimi göstərilir. Rəsmi məlumatlara görə, hücumlar Qətərin LNG ixrac potensialının təxminən 17 faizinin itirilməsi ilə nəticələnib.
Qətərin energetika naziri Saad əl-Kaabi bildirib ki, baş verənlər nəticəsində QatarEnergy şirkətinə ümumilikdə 20 milyard dollar həcmində ziyan dəyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən 14 LNG istehsal xəttindən ikisi sıradan çıxıb.
Bundan əlavə, qazdan maye yanacaq istehsal edən zavodlardan biri də zədələnib ki, bu da ixrac imkanlarını daha da məhdudlaşdırır.