Azərbaycanın pərakəndə ticarət sahəsində illərdir lider mövqeyini qoruyan “Kontakt” mağazalar şəbəkəsi beynəlxalq bazarda da iddialı böyüməsini davam etdirir. Hazırda 6 mağaza ilə Gürcüstan bazarında təmsil olunan şəbəkə bu il fəaliyyət miqyasını ikiqat artırmağı və ölkənin müxtəlif regionlarında daha 6 yeni mağaza açmağı planlaşdırır.
Yerli brend olan “Kontakt” artıq 5 ildən
çoxdur ki, uğurlu təcrübəsini ölkə sərhədlərindən kənarda – Gürcüstanda da tətbiq
edir. Şəbəkə bazara daxil olduğu gündən etibarən qısa müddətdə yerli alıcıların
etimadını qazanıb və rəqabətli bazarda seçilən oyunçulardan birinə çevrilib.
Artıq Tbilisi, Batumi və Rustavi kimi əsas
şəhərlərdə möhkəmlənən “Kontakt” bu il Telavi, Kutaisi və Zugdidi kimi
regionlara daxil olmaqla Gürcüstanı dörd bir yandan əhatə etməyə hazırlaşır.
“Kontakt” gürcüstanlı istehlakçılar üçün həm
geniş məhsul çeşidi, həm də rahatlıq ünvanı
kimi tanınır. Xüsusilə, rahat daxili kredit şərtləri yerli bazarda
“Kontakt”ı fərqləndirən əsas üstünlüklərdən biri kimi önə çıxır. Şəbəkə bazarın
tələblərinə uyğunlaşmaqla yanaşı, yerli istehlakçı vərdişlərini də diqqətlə
analiz edərək fərqli alış təcrübəsi təqdim edib.
Qeyd edək ki, hazırda “Kontakt” Azərbaycan
üzrə 50-dən çox, Gürcüstanda 6 mağaza, kontakt.az
və kontakt.ge
onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın
ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi
tərəfdaşıdır.