Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX)
Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Sənan Vəlizadə
Yaponiyanın paytaxtı Tokioda keçirilən “Japan Security Analysis Conference
2026” (JSAC 2026) beynəlxalq tədbirində iştirak edib.
Yaponiyanın
Milli CERT-nin (JPCERT/CC) təşkilatçılığı ilə baş tutan tədbir müasir kibertəhdid
kampaniyaları, APT qruplaşmalarının fəaliyyəti, zərərli proqramların təhlili və
kibertəhlükəsizlik insidentlərinə reaksiya mexanizmləri kimi aktual mövzulara həsr
olunub.
Konfrans
çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının
təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib. Eyni zamanda
insidentlərin atribusiyası, çoxklasterli hücumların analizi və genişmiqyaslı
istismar hallarının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Praktiki
sessiyalar zamanı zərərli e-poçtların təhlili və tərsinə mühəndislik yolu ilə zərərli
proqramların analizi (malware reverse
engineering) üzrə bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.
Beynəlxalq
tədbirdə qlobal kibertəhdidlərə qarşı erkən aşkarlama imkanlarının və
koordinasiyalı cavab mexanizmlərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd
edək ki, Elektron Təhlükəsizlik Xidməti ilə Yaponiyanın Milli CERT-i arasında
ötən ildən etibarən aktiv əməkdaşlıq əlaqələri mövcuddur.