Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünyasını dəyişib.
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib.
Bildirilib ki, O.Məhərrəmov Malayziyanın Kuala-Lumpur şəhərində təlimdə olarkən halı pisləşib. Daha sonra ona iynə vurulduqdan sonra isə komaya düşüb.
Mərhumun cənazəsi Bakıya göndəriləcək.