Bakıda oğru oğrunun evinə girdi - Hər ikisi saxlanıldı

16:06 - 26 Yanvar 2026

Bakıda oğru oğrunun evinə girdi - Hər ikisi saxlanıldı

Xəzər rayonunda evdən oğurluq edilib.


Manset.az xəbər verir ki, Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7.000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.

Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib.

Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az