Bu gündən məktəblərdə qış tətili başlayıb

09:07 - 27 Yanvar 2026

Bu gündən məktəblərdə qış tətili başlayıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.


Manset.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Belə ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az