Paytaxtda evlərdən oğurluq edənlər saxlanıldılar

13:15 - 27 Yanvar 2026

Paytaxtda evlərdən oğurluq edənlər saxlanıldılar

Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətləri və qızıl-zinət əşyalarının talandığını bildiriblər. 

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az