İnnovasiya
lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb
olan lotereyanın ən böyük mükafatı – “Porsche Cayenne” avtomobilinin qalibi
Urfan Buksayev olub.
“Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən,
onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm veririk. Bu lotereya çərçivəsində
yüzlərlə qalibə
sevinc dolu anlar yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas
hədiyyəsi – ‘Porsche Cayenne’ avtomobilinin qalibini elan edirik və bütün
qalibləri səmimi-qəlbdən təbrik edirik!", -deyə Bakcell-in İctimaiyyətlə əlaqələr
və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib.
Qeyd edək ki, lotereya çərçivəsində sonuncu “Zeekr 001” avtomobilinin də qalibi
müəyyənləşib. Samir Əskərov bu unudulmaz anın sevincini yaşayaraq lüks
avtomobilinin açarlarını təhvil alıb.
Xüsusilə vurğulamaq istərdik ki, Bakcell lotereyası Azərbaycanda süni intellekt
əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereya olub. Abunəçilər
“Şans” paketi və Bakcell xidmətlərindən aktiv istifadə vasitəsilə möhtəşəm hədiyyələr
qazanmaq imkanı əldə ediblər. Lotereya müddətində süni intellektin seçimi ilə
ümumilikdə 92 “iPhone 17”, 13 “Zeekr 001” avtomobili və 1 “Porsche Cayenne”
sahiblərinə təqdim edilib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya,
enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən
"NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.